BURADA REKLAMINIZ OLA
BİLƏR

“Putin rejimi cəmiyyətin və toplumun böyük hissəsinin gözləntilərinə tam cavab verir”

Rusiyada seçkiləri ilə bağlı qısa nəticələr: 1) Navalnının yanvarda qayıtmasının nə qədər səhv olduğu bir daha öz təsdiqini tapdı. Kim onu qaza gətirib məhz yanvarda ölkəyə gəlməsini təmin etdisə, tam Kremlin əlinə oynadı. Adam iyun-iyul, seçkilərə 2-3 ay qalmış gəlsəydi, tamam başqa bir vəziyyət yarana bilərdi, 2) Rusiya cəmiyyətində “liberalizm” mümkün deyil, xalq bu dəyərləri istəmir, görmür, bəyənmir. Rusiya tipik “sol”, hətta ifrat “sol” toplumdur – seçkiyə gedən bütün partiyalayar (bir tək “Yabloko”-dan başqa, o da 1% səs yığdı) sol, etatist, “ura-patriotik” şüarlarla getdi. Hakim partiya, kommunistlər, sosialistlər, hətta Jironovski də eyni şüarlarla, bənzər yanaşma ilə, anti-liberal gündəm ilə seçkilərdə təbliğat apardılar. Nə qədər qəribə səslənsə də məhz “Edinaya Rossiya” daha iqtisadi liberal tezislərlə seçkilərə getdi, digərləri “nyu-bolşevizm”, iqtisadiyyatın milliləşdirməsi, daha militarist və aqressiv gündəliklə seçkilərə qatıldılar, 3) Bu seçkilərin bir daha sübut etdi ki, Kreml Qərblə qarşıdurmadan gözəl istifadə etməyi bacarır, “xarici düşmən” daxili konselidasiyanı təmin edən amilə çevrilir. Qərbin 2008-ci ildən bəri Rusiya siyasətinin nəticəsi avtoritar Putin rejiminin güclənməsinə xidmət etdi – deməli yanaşma və metodlar doğru deyildi, 4) Rusiya cəmiyyətidə və toplumunda “liberal gündəliyi” dəstəkləməyi gözləmək doğru deyil, cəmiyyət kifayyət qədər konservativ, militarist və “soldur” – bu gün Putin rejimi cəmiyyətin və toplumun böyük hissəsinin gözləntilərinə tam cavab verir, təəssüf ki, bu faktdır, 5) Rusiyada dünən baş tutan seçkinin ən böyük nəticələrindən biri də odur ki, heç bir ciddi siyasi qüvvə “boykot” kimi  mənasız, məzmunsuz, effektsiz, istənilən avtoritar rejomdə ancaq hakimiyyətlərə sərf edən yola, yanaşmaya getmədi, belə çağırışlar olmadı. Hətta zindanda olan Navalnı belə boykota çağırış etmədi, tam tərsinə, vətəndaşları seçkilərdə aktiv iştiraka səslədi, “ağıllı səsvermə” taktikasını elan etdi.

 

Natiq Cəfərli

 

Ekspert

Tarix: 20 Sentyabr 2021, 20:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin