BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamilə Babayeva AzTV-yə qayıdır

Aparıcı Kamilə Babayeva da uzun fasilədən sonra bu mövsüm televiziyaya qayıtmaq qərarı verib.

 

Pravda.az-ın xəbərinə görə, K.Babayeva bildirib ki, AzTV-də çalışacaq: “Verilişin adı hələ məlum deyil. Səmimi mühitdə söhbət olacaq. Həftəsonu yayımlanacaq. Proqramda sənət adamları, sayılıb-seçilən ziyalılar, yazarlar yer alacaq".

 

Kamilə Babayeva sonuncu dəfə AzTV-də "Görüş yeri" verilişinə aparıcılıq edib.

 

Onun proqramı bir mövsüm davam edib, daha sonra yayımı dayandırılıb.

 

O, bir ildən çoxdur ki, aparıcılıq fəaliyyətinə fasilə verib.

 

Axsam.az

Tarix: 21 Sentyabr 2021, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin