BURADA REKLAMINIZ OLA
BİLƏR

“Məhsul” stadionunun yerində yenisi tikiləcək

Bakının Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi (keçmiş “Məhsul” stadionu) sökülür.

 

Pravda.az-ın xəbərinə görə, Yasamal Rayon İcra Hakimiyyətindən apasport.aza-a verilən məlumatda bildirilib ki, uzun illərdir, əsaslı təmir aparılmaması və baxımsız qalması səbəbindən yararsız vəziyyətə düşən idman qurğusunun yerində yenisi inşa olunacaq.

 

Arena gələcəkdə idman yarışlarını qəbul edə biləcək.

 

Bakı Şəhər İcra Hakimiyyətindən isə apasport.az saytına bildirilib ki, paytaxtda sökülən istənilən idman qurğusunun yerində yalnız analoji arena inşa oluna bilər.

 

Qeyd edək ki, stadion bir müddət əvvəl təmirə dayanmışdı.

Tarix: 5 Fevral 2020, 18:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin