BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanın qurumlarında İran agentlərinin olması ilə bağlı yayılan fikirlər şayiədir” - Deputat

"Azərbaycanın dini məsələlərlə bağlı qurumlarında İran agentlərinin olması ilə bağlı yayılan fikirlər şayiədir. İstər Qafqaz Müsəlmanları İdarəsi, istərsə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şəffaf fəaliyyət göstərirlər. İranın, Ərdəbil imamcüməsi Amilinin Azərbaycanı təhdid etməsi ilə bağlı qurumların niyə açıqlama vermədiklərini isə onlar daha yaxşı bilər və izah edərlər".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib.

 

A.Badamov bildirib ki, Azərbaycanda hər kəs dini etiqadına görə sərbəstdir, azaddır, lakin radikalların öz idealogiyalarını cəmiyyətdə yaymasının qarşısı müxtəlif üsullarla alınır: “Təmiz dini etiqada qulluq edənlər, əlbəttə ki, sərbəstdirlər. Vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün onların müsəlman, xristian və ya başqa dinə itaət etmələrinin fərqi yoxdur. Təəssüflər olsun ki, həm müharibə dövründə, həm də müharibədən sonra İran Ermənistana müxtəlif "cəbhə"lərdən yardım əlini uzadır. Bir sıra hallarda dövlətimizin suverenliyini pozaraq bizim ərəzimizdən Ermənistana qeyri-qanuni şəkildə yüklər daşıyır. Bu, qəbuledilməz haldır, çünki dövlətimizin ərazi bütövlüyünə xələl gətirir. Azərbaycan hər zaman çalışır ki, xarici dövlətlərlə qarşılıqlı hörmətə dayanan mehriban qonşuluq əlaqəri qursun. Təəssüf ki, İranın müəyyən dairələrinin son davranışları və açıqlamaları mehriban qonşuluq münasibətlərinin prinsiplərinə yaddır. Hesab edirəm ki, məsələnin həlli istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilməlidir".

 

Nəzrin Cavid

Tarix: 22 Sentyabr 2021, 13:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin