BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllimlərin əmək haqqı ilə bağlı VACİB AÇIQLAMA

Təhsil Nazirliyi xüsusi karantin rejimi dövründə müəllimlərin əmək haqqının yeni qaydada necə hesablanacağına aydınlıq gətirib.

Pravda.az- ın xəbərinə görə, Təhsil Nazirliyindən bildirilib ki, hazırda yalnız əyani tədrisin həyata keçirilməsi nəzərdə tutulduğuna görə müəllimlərin əməkhaqqı ənənəvi formada hesablanacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, təhsil verənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınması (4.2.2) ilə bağlı bənd ləğv olunub.

Tarix: 22 Sentyabr 2021, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin