BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobus sürücüsü ürəyindən bıçaqlandı

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

 

Cəbrayıl rayon sakini 1985-ci il təvəllüdlü İsmayılov Samir Vahid oğlunun ürək və qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

O, cərahi əməliyyat olunur. Həkimlərin verdiyi məlumata görə, xəstə ağır və sərxoş vəziyyətdə xəstəxanaya qəbul olunub.

 

Qeyd edək ki, S.İsmayılov Qaradağ rayonu ərazisində 24 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusun sürücüsüdür.

 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. APA

Tarix: 19 Noyabr 2019, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin