BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: “ABŞ miqrantlarla bağlı öhdəliklərini yerinə yetirmədi”

“ABŞ əfqan miqrantlar mövzusunda öhdəliklərini yerinə yetirmədi”.

Pravda.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın CBS kanalına müsahibəsində deyib.

“Hazırda ölkəmizdə qeydiyyatdan kənar 300 mindən çox əfqan miqrant var. Ölkəmizin bundan sonra miqrant  qəbul etməyə gücü çatmaz. ABŞ əfqan qaçqınlarla bağlı daha çox iş görməliydi. 20 ildir niyə Əfqanıstandadır? Bu sualın cavabını özünə versin”, - deyə Ərdoğan qeyd edib.

Tarix: 22 Sentyabr 2021, 20:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin