BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan hərbçiləri Amaras monastrından qondarma bayrağı sökdürdü

Azərbaycan hərbçilərinin təkidi ilə Xocavənd rayonunda yerləşən Maçkalaşen kəndindəki Amaras monastrının üzərindən qondarma qurumun bayrağı götürülüb.

 

Pravda.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Maçkalaşen icmasının rəhbəri Lernik Avanesyana istinadən yazıb.

 

İcma rəhbərinin sözlərinə görə, azərbaycanlı hərbçilərin tələbindən sonra rus general erməni hərbçilərdən qondarma rejimin bayrağını endirməyi istəyib.

 

Daha sonra isə hərbçilərimiz Amaras monastrına Azərbaycan bayrağını asıb.

Tarix: 23 Sentyabr 2021, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin