BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə hissələrə bölünən sərnişin təyyarəsində Azərbaycan vətəndaşı da olub

Türkiyədə İstanbul Sabiha Gökçen Hava limanındakı sərt eniş edərək 3 hissəyə parçalanan "Boeing 737-800" tipi sərnişin təyyarəsində sərnişinlər arasında bir Azərbaycan vətəndaşı da olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə NTV televiziyası məlumat yayıb.

 

Bildirlib ki, təyyarədəki 177 sərnişindən əksəriyyəti Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.

 

Qeyd edək ki, bu gün İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağından çıxaraq yolun kənarına yuvarlanıb.

 

Üç hissəyə bölünən təyyarədə 171 sərnişin, 6 ekipaj üzvü olub, 21 nəfər yaralanıb.APA

Tarix: 5 Fevral 2020, 22:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin