BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistana zərərli töhfələr verən dövlətlər Prezident İlham Əliyevin BMT-dəki çıxışından utanmalı və dərs çıxarmalıdırlar" - RƏY

"Ermənistana zərərli töhfələr verən bir sıra dövlətlər Prezident İlham Əliyevin BMT-dəki çıxışından utanmalı və dərs çıxarmalıdırlar. Cənab Prezident ötəngünkü çıxışı ilə Azərbaycanın mövqeyini bütün dünyaya bir daha bəyan etdi. Bildirdi ki, Azərbaycan bütün bölgədə dayanıqlı sülhün və əməkdaşlıq muhitinin olmasının tərəfdarıdır. Biz bunun üçün əlimizdən gələni etsək də, təkliflərimizi versək də, Ermənistan zərərli mövqeyindən əl çəkmir".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.



 

Deputat bildirib ki, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasında sülh sazişi ilə bağlı  təkcə Ermənistana müraciət etmədi, həmçinin oradan təhsil olunan bütün dövlətlərə vəziyyəti bəyan etdi: "Qeyd etdi ki, biz artıq uzun müddətdir ki, Ermənistana sülh sazişi təkliflərimizi vermişik və cavab gözləyirik, lakin bu günə qədər Ermənistandan müsbət heç bir cavab yoxdur. Ötəngünkü iclasda bir sıra fərqli məqamlar da oldu. Hesab edirəm ki, orada təmsil olunan əxlaqi, tərbiyəsi yerində olan müəyyən nümayəndələr diqqətlə fikir versəydilər, cənab İlham Əliyevin dediklərindən nəticə çıxarardılar. Prezident qeyd etdi ki, Ermənistanı yenidən silahlandırmağa, revanşist meyillərə yönləndirmək istəyən qüvvələr var. Yəni, buradan belə qənaətə gəlmək mümkündür ki, Ermənistan özbaşına qərar qəbul etmir, onları bu davranışları sərgiləməyə vadar edən müəyyən qüvvələr mövcuddur. Həmçinin, Prezident Ermənistanın 2020-ci il 10 noyabr bəyanatının müddəalarına əməl etməməsi ilə bağlı da bir sıra vacib məqamlara toxundu. Ümumiyyətlə, beynəlxalq ictimaiyyət istər mina xəritələrinin təhvil verilməsi, istərsə Zəngəzur dəhlizi və s. digər məsələlərlə bağlı Ermənistanı məcbur etməlidir. Prezident BMT-də Ermənistanın dövlət səviyyəsində törətdiyi cinayətləri də sadaladı. Ermənistan xam xəyallarından, ərazi iddialarından əl çəkməlidir. Prezident, həmçinin xəbərdarlıq etdi ki, əgər bizim sərhədlərimizin pozulması ilə bağlı Ermənistan tərəfindən hansısa cəhd olarsa, bütün imkanlarımızdan istifadə edəcəyik. Ermənistan və havadarları bu deyilənlərdən nəticə çıxarmalıdırlar".


 Nəzrin Cavid

Tarix: 24 Sentyabr 2021, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin