BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış aktyor vəfat etdi

Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə onun oğlu, məşhur aktyor Maykl Duqlasa istinadən “People” jurnalını bildirib.

 

"O, bütün dünya üçün əfsanə, kinonun qızıl əsrindən aktyor idi", - Maykl Duqlas deyib. Onun sözlərinə görə, Kirk Duqlas həyatını çox gözəl yaşayıb və kinematoqrafiyada gələcək nəsillərə miras qoyub.

 

Kirk Duqlas (İser Daniloviç-red) kinoda çoxsaylı rollarla məşhurdur. O, "Spartak" və "Detektiv tarixi" filmlərində rol oynayıb.

 

Kirk Duqlas on kitab yazıb. Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir.Report

Tarix: 6 Fevral 2020, 07:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin