BURADA REKLAMINIZ OLA
BİLƏR

Xarici ekspertlər Ağdamda tarixi abidələrin dağıdılmasını vandalizm aktları kimi qiymətləndiriblər

"Ağdamın girişində dağıdılmış kəndləri, qəsəbələri müşahidə etdik. Qonaqlarımız təəssüf hissi keçirdiklərini dedilər, baş verən dəhşətli faciənin bir daha şahidi oldular".

 

Bunu Ağdamda Ombudsman Aparatının rəhbəri, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Aydın Səfixanlı deyib.

 

Onun sözlərinə görə, xarici nümayəndələr burada insanların mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu görüblər: "Onlar dedilər ki, heç elə bil burada heç zaman insan yaşamayıb. Çünki insan öz mülkiyyətinə qarşı bu cür vəhşilik edə bilməz. Səfər zamanı İslam Əməkdaşlıq Təşkilatının xüsusi ekspertləri dini inanclara qarşı törədilən vandalizm aktlarının, insanların dini etiqad azadlığının kobud şəkildə pozulmasının şahidi oldular".

 

Aparat rəhbəri qeyd edib ki, xarici ekspertlər Ağdamda tarixi abidələrin dağıdılmasını vandalizm aktları kimi qiymətləndiriblər: "Onlar dünyanın heç bir yerində belə bir vandalizmin mövcud olmadığını, heç bir müharibədə belə vəhşiliyin törədilmədiyini söylədilər. Haqlı olaraq Ağdamı Qafqazın Xerosiması adlandırdılar və qeyd etdilər ki, Ağdamda gördükləri hadisələr doğurdanda urbisid kimi qiymətləndirilə bilər. Burada insanlığa xas olmayan cinayətlər törədilib və təbii ki, bu cinayətlərin tərkibində müharibə cinayətləri də var. Səfərin yekununda ekspertlər çəkdikləri foto və video faktlara əsaslanan hesabat hazırlayacaq və beynəlxalq təşkilatlara göndərəcəklər".

 

Qeyd edək ki, İƏT-in faktaraşdırıcı missiyasının üzvləri səfər çərçivəsində Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar. Daha sonra ekspertlər Ağdam Cümə Məscidi ziyarət edib və orada namaz qılıblar. Onlar həmçinin Ağdamın Qiyaslı məscidinə də baş çəkəcəklər.

 

Report

Tarix: 24 Sentyabr 2021, 15:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin