BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Şahin: “İranın yük maşınlarının Xankəndiyə hərəkət etməsi beynəlxalq hüquq normalarının pozulmasıdır”

“İran Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Düzdür, müharibə zamanı Ruhani hökuməti bir qədər gecikmiş münasibət bildirdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib.

 

“Ruhani hökumətinin başı Qərblə münasibətlərin normallaşmasına qarışmışdı, regiondakı proseslərə ögey münasibət bəslənilirdi. Müsəlman ölkəsi olaraq Azərbaycanın haqlı gözləntisi var idi, amma dəstək verilmirdi. Münasibət bir neçə gündən sonra bildirildi, o da ikibaşlı... Amma ölkənin ali rəhbəri tərəfindən açıq şəkildə qeyd olundu ki, Qarabağ Azərbaycana aiddir. İranın yük maşınlarının Xankəndiyə hərəkət etməsi beynəlxalq hüquq normalarının pozulmasıdır, qonşuluq münasibətlərinə xəlal gətirir. Azərbaycan haqlı olaraq tələbini irəli sürür. Dost ölkələr ya Azərbaycanın yanında olmalı, ya da mane olmamalıdırlar. Azərbaycan dövlətçiliyi bizim üçün qırmızı xəttdir. Ehtiyatsız bəyanatlar vermək olmaz” – H.Həsənli qeyd edib.

 

Kənan

Tarix: 24 Sentyabr 2021, 22:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin