BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu, Azərbaycan Prezidentinin mahir strateq olduğunu dünyaya bir daha nümayiş etdirir" - Cavid Osmanov

“Azərbaycanın 44 günlük müharibədə qələbəsini təkmil siyasi idarəetmə, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasəti nəticəsində daxili və xarici siyasətdə böyük uğurlar əldə edilməsi, 2003-cü ildən başlayaraq həyata keçirdiyi iqtisadi siyasət nəticəsində güclü iqtisadi potensialın formalaşdırılması, güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik ordunun yaradılması, qısa zamanda çevik şəkildə bütün resurslarını səfərbər edilərək vahid məqsədə istiqamətləndirilməsi və ölkədə xalq-iqtidar birliyi, milli həmrəylik şərtləndirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırarkən qələbəni şərtləndirən səbəblərdən geniş bəhs edib, hərbi əməliyyatlarla bağlı bir sıra detalları da açıqlayıb. Bu müsahibədə açıqlanan məqamlar Azərbaycan Prezidentinin mahir strateq olduğunu dünyaya bir daha nümayiş etdirir”.

 

Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.

 

C. Osmanov deyib ki, 44 günlük müharibə dövründə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev liderlik xüsusiyyətlərini, cəmiyyəti vahid amal uğrunda səfərbər etmək bacarığını, güclü, dünya səviyyəli siyasətçi olduğunu bir daha nümayiş etdirib: “Hərbi əməliyyatlara şəxsən rəhbərlik edən Ali Baş Komandan İlham Əliyev bütün məsələləri dəqiqəbədəqiqə və ən xırda detallarına kimi nəzarətdə saxlayaraq müvafiq tapşırıqlar verib, müharibə dövründə çıxışları, təmkinli davranışı ilə xalqı və ordunu qələbəyə ruhlandırıb, qələbə əzmi aşılayıb. Vətən müharibəsi dövründə düşmən təmas xətti yaxınlığında və təmas xəttindən uzaqda yerləşən yaşayış məntəqələrinə xaincəsinə raket zərbələri endirərkən Azərbaycanın düşmənin heç bir təxribatına uymadı. Ali Baş Komandanın əmrinə uyğun olaraq Azərbaycan Ordusunun hədəfi yalnız düşmənin hərbi qüvvələri, obyektləri oldu. Müasir texnologiyalar və silahlardan istifadə edən Azərbaycan Ordusu dinc əhali arasında itkiləri minimallaşdırmaq vəzifəsini uğurla həyata keçirib. Yalnız hərbi əməliyyatlar zamanı erməni hərbçilərinə dəstək məqsədilə döyüş meydanında artilleriya toplarının yaxınlığında olmuş, döyüş sursatları daşıyan və özləri həmin toplardan atəş açan mülki şəxslər arasında itkilər olub”.

 

Deputat müharibənin ilk günü düşmənin 30 il ərzində qurduğu müdafiə xəttinin, güclü və müasir istehkamların darmadağın edildiyini söyləyib: “Azərbaycan Prezidenti müsahibədə ermənilərin genişmiqyaslı təxribatına cavab olaraq torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatlarla bağlı bir sıra detalları da açıqlayıb. Ali Baş Komandanın qeyd etdiyi kimi, hələ hərbi əməliyyatların ilk dövründə Ermənistan səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə, qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər. Digər tərəfdən, müharibənin mühüm dönüş nöqtələrindən biri də Hadrut əməliyyatıdır, bu, düşmən üçün gözlənilməz və ciddi sarsıntı oldu. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılandan sonra Zəngilana yolun açıldı, Qubadlın azad olundu və Laçın rayonunun cənubuna çıxış, Laçın dəhlizinə nəzarət təmin edildi. Şuşa əməliyyatı isə bu müharibənin tacıdır, əsl hərbi ustalıq və qəhrəmanlıq nümunəsidir. Bununla da düşmənin son müqaviməti sındırıldı və təslim oldu. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin mahir strateq olduğunu bütün dünyaya nümayiş etdirdi”.

 

C. Osmanov Azərbaycanın XXI əsrin müharibəsini aparmasının dünyada böyük əks-səda doğurduğunu qeyd edib: “Hərbi əməliyyatların uğurla həyata keçirilməsində pilotsuz uçuş aparatlarının rolu, müxtəlif ölkələrin istehsalı olan və fərqli təyinatlı uçuş aparatlarının istifadəsinin sinxronlaşdırılması və digər ordu növlərinin fəaliyyəti ilə uyğunlaşdırılmasını da xüsusi qeyd etmək lazımdır. Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar dünya hərb tarixə düşdü. Bu hərbi əməliyyatlar dünyanın aparıcı hərbi mərkəzləri və ekspertləri tərəfindən yüksək qiymətləndirilir, Azərbaycanın təcrübəsi dünyada öyrənilir. Müasir texnologiyalar və silahların istifadə Azərbaycan Ordusunda itkilərin minimuma enməsində mühüm rol oynadı. Azərbaycan Ordusunun zamanında bu müasir texnologiya və silahlarla təchiz olunmasını təmin edən də məhz uzaqgörən və dahi strateq olan Azərbaycan Prezidentidir. Təsadüfi deyil ki, “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko da müsahibədə dəfələrlə Azərbaycan Prezidentinin uzaqgörənliyinə və liderlik xüsusiyyətlərinə ehtiramını ifadə edir”.

 

APA

Tarix: 25 Sentyabr 2021, 14:54   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin