BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya sülhməramlılarının keçmiş komandanları general-leytenant Rüstəm Muradov, general-mayor Mixail Kosobokov və bu vəzifəyə yeni təyinat alan general-leytenant Gennadi Anaşkinlə görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüş zamanı Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsi komandanının müavini Rüstəm Muradov Rusiya sülhməramlı kontingentinin yeni təyin olunmuş komandanı, Rusiyanın Milli Qəhrəmanı Gennadi Anaşkini təqdim edib.

 

Tərəflər Rusiyanın bölgədəki hərbi və siyasi vəziyyəti sabitləşdirmək səylərini alqışlayıblar və Qarabağda davam edən Rusiya sülhməramlı missiyasının səmərəliliyindən məmnunluqlarını ifadə ediblər.

 

Görüşdə regional təhlükəsizlik mövzusunda fikir mübadiləsi aparılıb.

Tarix: 25 Sentyabr 2021, 15:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin