BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 550 küçə dezinfeksiya olundu - FOTOLAR

Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.

Pravda.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək:

“Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan xilas olunmaq üçün ilk növbədə vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha  çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər”.

 








 

Tarix: 25 Sentyabr 2021, 18:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin