BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qoyuna görə qan töküldü

Yevlax rayonunda iki qonşu arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Aşağı Salamabad kəndi ərazisində baş verib.

 

Belə ki, kənd sakini 1994-cü il təvəllüdlü Orxan Məmmədov qoyunlarını qonşuları - 1992-ci il təvəllüdlü Araz Qarayev və 1989-cu il təvəllüdlü Elçin Hüseynovun əkin sahələrində otarıb.

 

Bu zaman onlar arasında dava düşüb və O.Məmmədov bıçaq ilə A.Qarayevin kürək  və qarın nahiyələrinə xəsarət yetirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.Oxu.az

Tarix: 6 Fevral 2020, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin