BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah dolu düşəcək

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bəzi yerlərdə güclü leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02.00-dan başlanması və ən intensiv dövrün səhər saat 07.00-dək davam edəcəyi gözlənilir.

 

Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 

Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s dək güclənəcək.

Tarix: 25 Sentyabr 2021, 22:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin