BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda balkon qalmaqalı səngimir - Bina sakinləri və şirkət bir-birini ittiham edir

Bakıda köhnə tikilinin balkonunu ağuşuna alan yeni tikili haqqında bir müddət öncə məlumat vermişdik. Həmin süjetdə məsələyə münasibət bildirməyən "Axundov" MTK bu dəfə mövqeyini açıqlamaq qərarına gəlib.

Pravda.az xəbər verir ki, şirkətin inşaat işləri üzrə direktoru Raqif Həbibov bildirib ki, şirkət 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib və onlara 45 sot torpaq sahəsi ayrılıb. Eyni ildə layihələndirmə və tikintiyə sərəncam verilib. Sərəncama əsasən, sakinlər müvafiq razılaşmaya əsasən köçürülüb. Bununla da 2005-ci ildə iki blokun tikintisinə başlanıb və işlər 2009-cu ildə başa çatıb.

Müzakirələrə səbəb olan binanın tikintisinə isə 2014-cü ildə başlanıb. Raqif Həbibov iddia edir ki, həmin balkon da 2009-2014-cü illərdə tikilib. 

İllərdir ki, davam edən balkon qalmaqalında isə tərəflərin öz arqumentləri var.

Görüntülər və faktlar ortadadır. Hər halda paytaxtda tikintiyə nəzarət edən dövlət qurumları balkonun tikintiyə, yoxsa tikintinin balkona mane olduğunu aydınlaşdırmalıdırlar.  

                                                           
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix: 26 Sentyabr 2021, 07:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin