BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

GAP Anım günü ilə bağlı xüsusi bəyanatla çıxış edib

 

Gələcək Azərbaycan Partiyası (GAP) 27 sentyabr Anım günü ilə bağlı xüsusi bəyanatla çıxış edib.

 

Pravda.az-ın xəbərinə görə, bəyanatda deyilir:

 

“Azərbaycanın torpaqlarından erməni silahlı birləşmələrinin çıxarılması ilə bağlı BMT-nin 4 qətnamə qəbul etməsinə baxmayaraq işğalçı Ermənistan Respublikası 30 ilə yaxın Azərbaycanın torpaqlarını işğal altında saxlayaraq, tarixi abidələri, məscidləri, qəbirsanlıqları darmadağın edib, bir milyona yaxın azərbaycanlıları didərgin etdilər.

 

Azərbaycan xalqı bu illər ərzində minlərlə şəhid verdi. Ermənistan Respublikası təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla bəşəri cinayətlər törətmiş oldu. Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə müqəddəs Vətən Müharibəsinə başladı.

 

İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu və şanlı ordumuz Azərbaycanımızın haqqını, ərazi bütövlüyünü öz qanı bahasına təmin etmiş oldu. Məhz bu zəfər hazırda da müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən beynəlxalq tədbirlərdə qalib ölkənin Prezidenti kimi fəxarətlə təbliğ edilməkdə, dünya dövlətlərinin diqqətinə ermənilərin törətdikləri beynəlxalq cinayətlər tanıdılmaqdadır.

 

GAP olaraq Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıranların, eyni zamanda ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimiz və bütün şəhidlərimiz qarşısında baş əyirik…

 

Yaşasın müstəqil, azad Azərbaycan!”

Tarix: 26 Sentyabr 2021, 08:26   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin