BURADA REKLAMINIZ OLA
BİLƏR

Qatar relsdən çıxıb, ölən və xəsarət alanlar var

Bu gün İtaliyada Milan-Bolonya marşrutu ilə hərəkətdə olan sürət qatarı relsdən çıxıb, nəticədə 1 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

 

Milandan yola çıxan sürət qatarı Lodi yaxınlığında relsdən çıxıb.

 

Xilasedicilərin məlumatına görə, qatarın sürücüsü ölüb, bir nəfər itkin düşüb, 30 nəfər yaralanıb. Yaralılardan 28 nəfər yüngül xəsarət alıb.

 

İlkin məlumata görə, qatarın ilk iki vaqonu relsdən çıxıb.

 

Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.APA

Tarix: 6 Fevral 2020, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin