BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda körpə doğuş zamanı öldü

Şəmkirdə yeni doğulmuş uşaq ölüb.

 

Pravda.az-ın xəbərinə görə, ötən gün Tovuz rayonu, Aşağı-Quşçu kəndində yaşayan Məmmədov Elşad Cəlal Oğlu Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək qızı Gülnar Əsgərlinin yeni doğulmuş uşağının Rəfiqə adlı həkimin səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı məlumat verib.

 

Aparılan ilkin araşdırma zamanı məlum ölüb ki, ötən gün saat 08:10 radələrində Şəmkir rayonu Kür qəsəbə xəstəxanasının doğum şöbəsinə 21 yaşlı Əsgərli Gülnar Elşad qızı müraciət edib. Doğuş prosesi mama-ginekoloq Məlikova Rəfiqə Məhəmməd qızı tərəfindən aparılıb və uşaq doğuş zamanı ölüb. Yeni doğulmuş uşağın çəkisi 2 kq 900 q, boyu 48 sm, kişi cinsli olub.

 

Faktla bağlı Şəmkir rayon Prokukorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.APA

Tarix: 6 Fevral 2020, 11:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin