BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: “Kimsə Prezident İlham Əliyevin milli təəssübkeşliyini sual altında qoya bilməz”

“Kimsə Prezident İlham Əliyevin, hökumətin və bizim milli təəssübkeşliyimizi sual altında qoya bilməz. İnsan haqları ilə bağlı qışqıranların – onların heç insan haqları ilə bağlı təsəvvürləri yoxdur – böyük bir hissəsi deyirdi ki, bunlar bizim millətdən deyillər. Nə oldu? Müharibədə nə gördük? Gördük ki, hamımız bir yerdə uğur qazandıq. Milli təəssübkeşliyimizi mübahisələndirən şəxslər biabır oldular. İndi də qələbəyə kölgə salmağa çalışırlar, qaşınmayan yerdən qan çıxarmaq istəyirlər. Qələbə natamamdır-filandır, boş-boş söhbətlər...”

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

 

“Azərbaycan post-münaqişə siyasətini davam etdirir, normaldır. Vaşinqtonda, Londonda, Moskvada oturub deyirlər ki, müharibə edin, Xankəndini alın. Təsəvvür edin ki, Kəlbəcər uğrunda müharibə olsaydı, Azərbaycan 3-5 min şəhid verəcəkdi. O əraziləri atəşsiz aldıq. Növbəti mərhələdə başqa məqsədlərimizə də nail olacağıq. Məndə sosial şəbəkədə yaranan kulta nifrət formalaşıb. Məsuliyyətsiz, savadsız rəylər təbliğ olunur...” – İ.Məmmədov qeyd edib.

Tarix: 26 Sentyabr 2021, 22:38   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin