BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ deyəndə hamımız hər şeyi unudub sıxlaşırıq”

 

 

Yeyib-içməkdə olan kim, evində kinoya baxan kim, dalaşan kim, barışan kim, adi pandemik həyat hökm sürürdü ölkədə.

 

Nəyahət gedib yatdıq, yuxulara təslim olduq, amma bu yuxularda belə tarixin ən ədalətli müharibələrindən olan Vətən Müharibəsinin başlamasını görə bilmədik.

 

Yuxuda görmədiyimizi əyanı gördük, səhərimiz həyacanlı xəbər ilə açıldı.

 

Şəxsən mənim üçün ikinci Qarabağ Müharibəsinin ən böyük Qələbəsi yalnız torpaqlaımızın qaytarılması olmadı.

 

Bir anın içində biz xalq olaraq bir olduq, həmrəy olduq, vahid olduq, həm də budur böyük Qələbə. Nə müxalifət oldu bu günlər, nə iqtidar, nə rus sektoru oldu, nə azərbaycan sektoru, yalnız Azərbaycan xalqı var idi, bir nöqtəyə vuran Azərbaycan xalqı.

 

Heç kim heç kimi bu yola səfərbər etmirdi, hərə öz yerində əlindən gələni Qələbə üçün edirdi. Həqiqətən də, o günləri yada salanda çox fərəhlənirəm, nə qədər pafoslu səslənsə də. İstərdim ki, bu gün hər bir Azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı, xaricdə yaşayan hər bir Azərbaycanı sevən insan mütləq şəkildə müharibə haqda bir post paylaşsın. Sabah sosial şəbəkələri zəbt etsin bu mövzu, dünya görsün ki, biz haqq yolunda bir olmağı bacarırıq.

 

Bəli, cəmiyyətimizdə hərcməclik də var, siyası savaşlar da var, gərgin və amansız diskussiyalar da var, amma Qarabağ deyəndə hamımız hər şeyi unudub bir birimizə yaxın sıxlaşırıq.

 

İlham Əliyevin xalqa müraciəti olacaq və bir il öncə olduğu kimi biz yenə də səbirsiliklə onun çıxışını gözləyirik.

 

Kaş ki, cəmiyətdə gəzən söhbətlər düz ola, Anım Günündə şəhidlərin ruhunu şad edən xəbərlər eşidək!

 

Allah onlara rəhmət eləsin, qazilərə saqlamlıq versin, bizi isə həmrəylik nümunəmizə sadıq etsin!

 

Qarabağ Azərbaycandır!

 

Azər Qərib

Tarix: 27 Sentyabr 2021, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin