BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev Ermənistana bir daha xəbərdarlıq etdi” - RƏY

"Anım günündə Prezident İlham Əliyev bir daha vurğuladı ki, biz bölgədə yaranan yeni reallıq fonunda sülh və əməkdaşlıq mühitinin bərpasını istəyirik, hətta Ermənistanla da əməkdaşlığa hazırıq. Lakin Ermənistanın sülh sazişi imzalaması şərtdir. Həmçinin Prezindent xalqa müraciəti zamanı qeyd etdi ki, Ermənistanın ali siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti dəfə hər-hansısa təxribat planı qurarsa, “dəmir yumruq” yerindədir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Vətən müharibəsinin anım günündə xalqa müraciəti barədə danışarkən qeyd edib ki, Prezident müraciətdə bir il bundan əvvəl, sentyabrın 27-də Ermənistan iyul hadisələrindən sonra Azərbaycanın mülki və hərbi obyektlərini yenidən ağır artilleriya atəşinə tutduğunu və Azərbaycan Ordusunun Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdiyini vurğulayıb: “Beləcə, tariximizin ən şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsi başladı. Prezident bildirdi ki, biz tam qələbə əldə etdik və ərazi bütövlüyümüzü təmin etdik, nəhayət, düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. İndi beynəlxalq birlik də bizim qələbəmizi və bölgədə yaradılmış yeni reallığı qəbul edib. Həmçinin Prezindent vurğuladı ki, biz qələbəmiz üçün şəhidlərimizə və qazilərimizə, həmçinin bütün müharibə iştirakçılarına borcluyuq, şəhidlərin qarşısında baş əyirik. Onlar bizim milli qürurumuzu özümüzə qaytardı. Nəticədə, biz bu gün anım gününü fəxarət hissi ilə qeyd edirik, fərqidəyik ki, tarixi qələbəyə imza atmışıq. Prezidentin dediyinə görə, Vətən müharibəsi dövründə bəlli oldu ki, Ermənistanın Azərbaycana qarşı nifrəti artıq bir dövlət ideologiyası səviyyəsinə qaldırılıb. Biz təkcə ərazi bütövlüyümüzü, sərhədlərimizi toxunulmazlığını təmin etmədik, eyni zamanda erməni faşizminin başını əzdik, çünki erməni faşizmi region və bütün dünya üçün təhlükə mənbəyidir. Prezident söylədi ki, əgər erməni faşizmi yenidən baş qaldırarsa, biz onun başını yenə əzərik. Vətən torpaqlarımızda ermələrin törətdiyi vəhşiliyin həddi-hüdudu yoxdur. Bunu nəinki insan, heç heyvan da edə bilməz. Bütün bu insanlığa yaraşmayan hərəkətləri ancaq barbar məxluq edə bilər. Ermənilərin bizim tarixi-mədəni irsimizi məhv etdiyini bütün dünya görür. Onlar Qarabağdakı 67 məsciddən 65-ni yerlə yeksan ediblər, qalan 2 məscid isə yarıdağılmış vəziyyətdədir və orada donuz saxlayırmışlar. Bu, onu deməyə əsas verir ki, ermənilər təkcə Azərbaycan xalqının milli heysiyyatına toxunmayıb, eyni zamanda bütün müsəlman cəmiyyətini təhqir ediblər. Prezident onu da vurğuladı ki, biz 44 günlük Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdik. Elə təkcə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunarkən onunla bərabər 70 kənd də azad edildi. Ermənistan məcbur olub noyabrın 9-dan 10-na keçən keçən kapitulyasiya aktı imzaladı və hazırda onlar çox ciddi stress altındadırlar".

 

Nəzrin Cavid

Tarix: 27 Sentyabr 2021, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin