BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan XİN başçısı: “Ermənistanın verdiyi mina xəritələrinin dəqiqliyi çox aşağıdır”

“Bizim üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda bərpa edilməsi və 700 mindən artıq insanın ata-baba torpaqlarına qayıdışını təmin etməkdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

 

Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə fəal iş gedir.

 

“Məsələni qəlizləşdirən dağıntılardan əlavə, ərazilərin ağır formada minalarla çirkləndirilməsidir. Bu barədə çox danışılıb. Bizə üç bölgənin mina xəritələri verilib. Həmin xəritələrdə 200 minə yaxın piyada və tank əleyhinə minaların olduğu bildirilib. Həmin xəritələrin dəqiqliyi çox aşağıdır, təxminən 25 faizi faydalı hesab oluna bilər. Bu amillər aparılan abadlıq-quruluq işlərinə təsir edir. Amma bununla belə nəhəng işlər aparılır”, - deyə XİN rəhbəri vurğulayıb.

 

Tarix: 27 Sentyabr 2021, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin