BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil Şöbəsi məktəbdəki bıçaqlanmaya münasibət bildirdi - YENİLƏNDİ

Qazax Rayon Təhsil Şöbəsi Qazax şəhəri 1 nömrəli tam orta məktəbdə baş verən bıçaqlanmaya münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, Qurumdan bildirilib ki, tənəffüs zamanı Qazax şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmməd Qasımov aralarında yaşanan mübahisə zəminində X sinif şagirdi Nihat Əliyevə bıçaqla xəsarət yetirib. Nihat Əliyev dərhal Qazax rayon Diaqnostika Mərkəzinə aparılıb. Yüngül sıyrılmış yaralar alan məktəblinin vəziyyəti yaxşı qiymətləndirilir.

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

***

13:40

 

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. 

 

Pravda.az-ın xəbərinə görə, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 6 Fevral 2020, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin