BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: “REAL Partiya Prezident İlham Əliyevə milli qeyrət məsələsində hərtərəfli dəstəyini göstərdi”

Respublikaçı Alternativ (REAL) partiyası şəhidlərin Anım Günü münasibətilə bəyanat yayıb.

 

Pravda.az-ın xəbərinə görə, bəyanatda deyilir:

 

“2020-ci il sentyabrın  27-də Ermənistan silahlı qüvvələri cəbhə boyu kəndlərimizi və ordumuzun mövqelərini şiddətli atəşə tutmağa başladılar. Ermənistan daha öncə bəyan etdiyi “yeni ərazilər uğrunda yeni müharibə” planına başlamağa cəhd göstərdi.

 

Cavabında Ordumuz əks-hücum əməliyyatına keçdi və 44 gün ərzində aparılan qanlı döyüşlər nəticəsində işğal altındakı torpaqlarımızın böyük əksəriyyətini azad etdi.

 

Həmin günlərdə nail olunan milli birlik gələcək nəsillər üçün örnək olacaq. Müharibənin ilk günündən Respublikaçı Alternativ (REAL) Partiyası ordumuza və ölkəmizin siyasi rəhbərliyinə, o cümlədən şəxsən Prezident İlham Əliyevə bu milli qeyrət məsələsində hərtərəfli dəstəyini göstərdi.

 

Müharibədə xalqımız 3 minə yaxın şəhid verdi, çox sayda qazimiz sağlamlığını itirdi. Bu gün Şəhidlərimizin Anım Günüdür. Torpaqlarımızın azadlığı uğrunda canından keçən əsgər və zabitlərimizin və düşmən atəşi nəticəsində həyatını itirmiş mülki şəxslərimizin əziz xatirəsini yad edir, onların ruhu qarşısında baş əyirik!”

Tarix: 27 Sentyabr 2021, 22:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin