BURADA REKLAMINIZ OLA
BİLƏR

Azyaşlının avtomobillə vurulduğu anın görüntüləri - VİDEO

Cəlilabad rayonunda azyaşlı piyadanın avtomobillə vurulma hadisəsi ilə bağlı videogörüntü yayılıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə bir neçə gün əvvəl rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

 

Belə ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən, 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu vurub.

 

Azyaşlı zərbənin təsirindən qarşıda park edilən digər avtomobilin altına düşüb. Ətrafdakı insanların köməkliyi ilə yaralı maşının altından çıxarılıb və xəstəxanaya aparılıb.

 

Hazırda Ə.Əsədovun müalicəsi davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Tarix: 6 Fevral 2020, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin