BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin-Ərdoğan görüşündə Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın 29-da Soçidə keçiriləcək.

Pravda.az-ın xəbərinə görə, bu barədə Kreml məlumat yayıb.

Rusiya və Türkiyə liderləri Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək.

“Rusiya-Türkiyə tərəfdaşlığının siyasi və ticari-iqtisadi sahələrdə müxtəlif aspektlərinin müzakirəsi planlaşdırılır”, - Kremlin məlumatında vurğulanıb.

Tarix: 28 Sentyabr 2021, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin