BURADA REKLAMINIZ OLA
BİLƏR

Qızı tərəfindən bıçaqlanmayıbmış - RƏSMİ

Bakıda qızın 59 yaşlı atasını bıçaqlaması barədə yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib.

 

Pravda.az-ın xəbərinə görə, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Sabunçu rayonunda 1961-ci il təvəllüdlü Vahid İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

 

Müvafiq araşdırma aparılıb, vətəndaş ilkin ifadəsində bildirib ki, özü-özünə xəsarət yetirib. Onun qızı tərəfindən bıçaqlanması hazırkı mərhələdə təsdiqlənməyib. Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.Oxu.az

Tarix: 6 Fevral 2020, 15:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin