BURADA REKLAMINIZ OLA
BİLƏR

"Nikol Paşinyan ilə görüşə etiraz etmirəm" - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyin əleyhinə deyil.

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransnanın “France 24” kanalına verdiyi müsahibəsində deyib.

 

Dövlət başçısı qeyd edib ki, görüş ATƏT-in Minsk qrupu tərəfindən təşkil olunarsa, Nikol Paşinyan ilə görüşə etiraz etmir.

 

Bununla yanaşı, İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfindən ötən il müharibədə itirilən torpaqları geri qaytarmaqla bağlı istənilən niyyət Azərbaycanın sərt reaksiyası ilə qarşılaşacaq.

Tarix: 28 Sentyabr 2021, 18:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin