BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə hissələrə bölünən təyyarənin “qara qutu"su araşdırmaya verildi

İstanbulda Sabiha Gökçen hava limanında qəzaya uğrayan "Boeing 737-800" tipli sərnişin təyyarəsinin “qara qutu”su araşdırmaya verilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Pegasus Hava Yolları Şirkətinin rəhbəri Məhmət Tevfik Nanə mətbuata açıqlamasında bildirib. Şirkət rəhbəri deyib ki, dünən qəza baş verdikdən sonra yerli vaxtla 18.36-dan başlayaraq, 18 nəfərlik heyət yaradılıb. Xəstəxanaya yerləşdirlilən yaralılar, digər zərərçəkən sərnişinlərlə əlaqə yaradılıb, onların problemlərilə bağlı tədbirlər görülür.

 

Təyyarədə 177 sərnişin, 6 işçi heyətlə birlikdə 183 nəfərin olduğunu deyən Məhmət Tevfik onlardan 180-nin xəstəxanaya aparıldığını, 3-nün vəfat etdiyini xatırladıb.

 

Qeyd edək ki, fevralın 5-də Türkiyədə "Boeing 737-800" tipi  sərnişin təyyarəsi uçuş zolağından çıxıb. Qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.APA

 

Tarix: 6 Fevral 2020, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin