BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ermənistanla sülhə getməyə hazırdır, amma... - VİDEO

Azərbaycan Ermənistanla sülh müqaviləsinə getməyə hazırdır. Ancaq Ermənistan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

 

Pravda.az xəbər verir ki, Xarici İşlər Nazirinin müavini Xələf Xələfov "Xəzər Xəbər"ə müsahibəsində belə deyib.

 

Nazir müavini bildirib ki, Ermənistanın hazırkı böhrandan və xaosdan xilas yolu da yalnız bundan asılıdır. Ancaq rəsmi İrəvanın tutduğu revanşist mövqe sülh prosesini ləngidir.

 

Azərbaycan isə əksinə, müharibə başa çatdıqdan sonrakı dövrdən indiyə qədər üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və regionda sülhün təminatı üçün səylərini artırır.

 

Nazir müavini deyir ki, üçtərəfli bəyanatın əsas müddəalarından biri sərhədlərin delimitasiya və demarkasiyasını başa çatdırmaq idi. Ancaq bu məsələdə də Ermənistan tərəfi siyasi iradə göstərmədi. Bununla belə, üçtərəfli formatda yaradılan işçi qrupunun fəaliyyəti nəticəsində bir sıra irəliləyişlərə nail olunub.

 

Xələf Xələfov deyir ki, Ermənistan rəhbərliyi erməni xalqının taleyini düşünməli və revanşist mövqeyindən əl çəkib, Azərbaycanla mehriban qonşuluq münasibətlərinin qurulmasına çalışmalıdır.

 

Tarix: 29 Sentyabr 2021, 07:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin