"Hazırda ali təhsil müəssisələrində, eləcə də Bakı Dövlət Universitetində tələbələrin COVİD pasportu "kustar üsul"la yoxlanılır. Belə olan halda, əlbəttə ki, universitetlərin qarşısında izdihamın olması normaldır. Teklif edirik ki, problemi həll etmək üçün ali təhsil müəssisələrinə üz tanıma cihazları quraşdırılsın. Əks halda, təkcə bu gün deyil, hər gün universitetlərin qarşısında bu cür izdihamlar yaşanacaq".
Bunu Pravda.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, 1,5 il sonra orta və ali təhsil müəssisələrində dərslərin bərpa olunması ilə əlaqədar olaraq sıxlıq müşahidə olunacağı ehtimal olunurdu: "Nəzərə almaq lazımdır ki, 29 sentyabrdan etibarən ali və orta ixtisas təhsil müəssisələrinə 250 min təhsilalanın daxil olacağı proqnozlaşdırılırdı, çünki ölkədə 181 min bakalavr və magistr , 58 minə yaxın isə məktəblimiz var. Beləliklə, təxminən 250 min təhsilalanın 200 min nəfərinin yaşı 18-dən yuxarıdır. Deməli, həmin 200 min nəfərin təhsil müəssisəsinə buraxılması üçün COVID-19 pasportu olmalıdır. Həmin vətəndaşların parpostun olub-olmadığını yoxlamaq birmənalı olaraq sıxlıq yaratmalıdır. Təəssüflər olsun ki, bəzi ali təhsil müəssisələri prosesi öz axarına buraxıblar və hansısa qabaqlayıcı tədbir görməyiblər. Ali təhsil müəssisələrinin bu problemi həll etmək üçün avadanlıqları belə yoxdur. Problemi mütləq dünya təcrübəsinə əsasən, həll etmək lazımdır. Biz təklif etmişdik ki, bunun üçün xüsusi proqram təminatlı avadanlıqlar quraşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, bu izdiham təkcə 29 sentyabrda yox, hər gün yaranacaq, çünki pasportlar hər gün yoxlanılacaq".
Ekspert deyib ki, müəssisələrə giriş bir qapıdan deyil, bir neçə qapıdan həyata keçirilməli və bu barədə əvvəlcədən müxtəlif internet resursları vasitəsilə tələbələrə məlumat verilməlidir: "Yəni, bir girişdən istifadə ən ciddi səhvdir. Bundan başqa, fakültələr üzrə dərsin başlama saatı fərqli müəyyən edilə bilər. Misal üçün, bir fakültədə dərslər 08:00-da, digərində 08:20, daha sonra 08:40 və s. bu şəkildə qrafik qurmaq mümkündür. Həmçinin ali təhsil müəssisələrinin girişində "feys kontrol" cihazı quraşdırıla bilərdi. Həmin zaman cihaz tələbənin üzünü tanıdığı üçün növbəti günlərdə həmin tələbənin ali təhsil müəssisəsinə daxil olması üçün "yaşıl işıq" yandıracaq. Yəni, tələbənin vaksin pasportu var və onun bədən temperaturu 37-dən yuxarı deyilsə, tələbə növbə gözləmədən universitetə daxil olacaq".
Nəzrin Cavid
22 İyun 01:39
22 İyun 01:36
22 İyun 01:34
22 İyun 01:30
22 İyun 01:25
22 İyun 01:21
22 İyun 01:19
22 İyun 01:11
22 İyun 01:08
21 İyun 21:27
21 İyun 20:59
21 İyun 20:52
21 İyun 20:25
21 İyun 19:57
21 İyun 19:50
21 İyun 19:10
21 İyun 19:08
21 İyun 19:06
21 İyun 18:44
21 İyun 18:30
21 İyun 18:25
21 İyun 18:10
21 İyun 18:07
21 İyun 17:50
21 İyun 17:46
21 İyun 17:35
21 İyun 17:22
21 İyun 17:06
21 İyun 16:48
21 İyun 16:39
21 İyun 16:35
21 İyun 16:34
21 İyun 16:33
21 İyun 16:27
21 İyun 16:22
21 İyun 15:59
21 İyun 15:44
21 İyun 15:24
21 İyun 15:20
21 İyun 15:17
21 İyun 15:04
21 İyun 14:40
21 İyun 14:36
21 İyun 14:17
21 İyun 14:10
21 İyun 14:05
21 İyun 14:03
21 İyun 13:47
21 İyun 13:23
21 İyun 13:16
21 İyun 13:00
21 İyun 12:46
21 İyun 12:32
21 İyun 12:29
21 İyun 12:03
21 İyun 11:53
21 İyun 11:47
21 İyun 11:43
21 İyun 11:21
21 İyun 11:15
21 İyun 11:11
21 İyun 11:01
21 İyun 10:46
21 İyun 10:37
21 İyun 10:27
21 İyun 10:18
21 İyun 10:10
21 İyun 10:00
21 İyun 09:58
21 İyun 09:53
21 İyun 09:51
21 İyun 09:39
21 İyun 09:35
21 İyun 09:23
21 İyun 08:27
21 İyun 08:26
21 İyun 08:25
21 İyun 08:24
21 İyun 08:23
21 İyun 08:22
21 İyun 08:20
21 İyun 08:18
21 İyun 08:15
21 İyun 08:10
21 İyun 08:05
21 İyun 07:07
21 İyun 05:52
21 İyun 05:48
21 İyun 05:38
21 İyun 05:37
21 İyun 05:33
20 İyun 23:54
20 İyun 23:00
20 İyun 21:40
20 İyun 20:58
20 İyun 20:29
20 İyun 20:24
20 İyun 20:21
20 İyun 20:02
20 İyun 19:44
20 İyun 19:23
20 İyun 19:03
20 İyun 18:41
20 İyun 18:30
20 İyun 18:20
20 İyun 17:23
20 İyun 17:04
20 İyun 17:00
20 İyun 16:48
20 İyun 16:31
20 İyun 16:26
20 İyun 16:16
20 İyun 16:08
20 İyun 16:06
20 İyun 15:49
20 İyun 15:47
20 İyun 15:11
20 İyun 15:07
20 İyun 15:00
20 İyun 14:56
20 İyun 14:54
20 İyun 14:51
20 İyun 14:32
20 İyun 13:54
20 İyun 13:41
20 İyun 13:18
20 İyun 13:15
20 İyun 13:13
20 İyun 13:06
20 İyun 12:56
20 İyun 12:40
20 İyun 12:31
20 İyun 12:28
20 İyun 12:26
20 İyun 12:19
20 İyun 12:19
20 İyun 12:13
20 İyun 12:04
20 İyun 12:00
20 İyun 11:53
20 İyun 11:45
20 İyun 11:37
20 İyun 11:11
20 İyun 11:07
20 İyun 11:03
20 İyun 10:55
20 İyun 10:42
20 İyun 10:37
20 İyun 10:02
20 İyun 10:01
Ən son xəbərləri səhifəmizdən də izləyin