BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cənnət Park"dakı yanğın söndürüldü

Abşeron rayonun “Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğın söndürülüb.

 

Pravda.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları yanıb.

 

O deyib ki, nazirliyin yanğınsöndürənləri yanğına müdaxilə ediblər, məzilin qalan hissəsi yanğından mühafizə olunub: “Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı 1 nəfər qadın tüstüdən zəhərlənib. O, təcili tibbi yardım briqadasına təhvil verilib, 15 nəfər bina sakini isə təxliyə edilib”.

 

Qeyd edək ki, yanğın nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan FHN-in 4 işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub.

 

Tarix: 6 Fevral 2020, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin