BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla Ermənistan arasında sülh sazişi noyabrın 10-da imzalanacaq? - AÇIQLAMA

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün cari ilin 10 noyabr tarixi çox tezdir. Yəni, sülh bağlamaq üçün bir sıra məsələlər, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya problemi həll edilməlidir. Bütün lazım olan proseslərin o vaxta kimi yekunlaşacağını ehtimal etmirəm".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

O hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşməsi mümkündür: "Ümumiyyətlə, bir sıra siyasi məsələlərin həllində Rusiyanın vasitəçiliyi olmadan birbaşa Ermənistanla əlaqə saxlaya bilmək, yəni belə şəraitin mümkünlüyü daha yaxşı olardı. Fikrimcə, Paşinyanla görüş də Prezident İlham Əliyevə də maraqlıdır. Maraqlısı budur ki, Azərbaycan Ermənistanın sülh müqaviləsi imzalaması üçün nədənsə böyük dövlətlərdə heç biri təşəbbüs göstərmir. Yalnız Gürcüstan sülh sazişi üçün vasitəçilik etmək istəyib. Doğrudur ki, noyabrın 10-da Azərbaycanla Ermənistan arasında böyük sülh sazişinin imzalanacağı ilə bağlı fikirlər səsləndirilir. Hesab edirəm ki, sülh sazişinin imzalanması üçün 10 noyabr tarixi çox tezdir. Bütün lazım olan proseslərin o vaxta kimi yekunlaşacağını ehtimal etmirəm".

 

Nəzrin Cavid

Tarix: 29 Sentyabr 2021, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin