BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Heç kim separatçı rejimin muxtariyyətindən danışa və bunun xəyalını qura bilməz"

"Təkcə erməni siyasətçiləri deyil, təssüflər olsun ki, elə ölkə daxilində də bəzi siyasi apponentlər də "Xankəndi ermənilərə verilib", "Azərbaycanın bir hissəsinə rus orduları nəzarət edir" və s. avanturist fikirlər səsləndirirlər. Bütün bu fikirlərə cavab olaraq cənab Prezident 27 sentyabrda qeyd edilən Anım Günündə dedi ki, ölmüş Dağlıq Qarabağı diriltmək istəyənlər gedib onu öz ölkələrində qursunlar, sonra biz də onu tanıyaq. Dəfələrlə vurğulanıb ki, muxtariyyətdən söhbət gedə bilməz".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.


Onun sözlərinə görə,  muxtariyyətin, status məsələsinin olmadığını Ali Baş Komandandan, Prezidentdən başqa kim deməli ki, bir qrup şəxs buna inansın: "Sənəddə də qeyd olunub, Prezident də bildirib ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi müvəqqətidir. Onların işi sadəcə sülhü bərpa etməkdir. Doğrudur, rus sülhməramlıların fəaliyyəti bizi heç cür qane edə bilməz, amma onların müvəqqəti olduğunu unutmamalıyıq. Prezident İlham Əliyev özü də qeyd etdi ki, rusiyalı kontingentin xüsusilə əcnəbi vətəndaşları əraziyə buraxması bizi narahat edir. Amma bu o demək deyil ki, həmin torpaqlar bizim suveren ərazilərimiz deyil. Təəssüflər olsun ki, ermənilərin ən çox yaşadığı Rusiya, ABŞ və Fransa da onların mövqeyini müdafiə edirlər. Nəzərə almaq lazımdır ki, bu 3 ölkə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir. Prezident vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı növbəti torpaq iddiası olarsa, dövlətimiz də adekvat cavab verəcək. Heç kim separatçı rejimin muxtariyyətindən danışa və bunun xəyalını qura bilməz, çünki bu, absurddur. Həmin ərazilərdə yaşayan erməniləri də yolunu azmış vətəndaşlar adlandırmaq doğrudur. Çünki onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr, bütün vətəndaş hüquqlarından istifadə edə biləcəklər".


Nəzrin Cavid

Tarix: 29 Sentyabr 2021, 17:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin