BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Kabineti bu qərara dəyişiklik etdi

“Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 115 nömrəli Qərarında dəyişiklik edilib.

Pravda az xəbər verir ki, dəyişikliyə əsasən, Nazirlər Kabineti qərara alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 115 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi Qaydası”nın 2.1-ci bəndində “və Azərbaycanın Milli qəhrəmanlarının” sözləri “, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının” sözləri ilə əvəz edilsin.

Qərarla Azərbaycan Respublikasının Dövlət Himni xarici dövlətlərin ərazisində Azərbaycan Respublikasının keçirdiyi Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı ifa ediləcək.

Tarix: 29 Sentyabr 2021, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin