BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Bakıdakı sıxlıq koronavirus infeksiyasına yoluxanların sayını artıra bilər"

"Ali və orta məktəblərin, həmçinin həftə sonu ictimai nəqliyyatın bərpası ilə şəhərdə sıxlıq olacağı proqnozlaşdırılırdı. Şübhəsiz ki, bu yeni növ koronavirus (COVID-19) infeksiyasının artmasına səbəb ola bilər, lakin hər kəs qızıl qaydalara əməl edərək öz sağlamlığını qoruya bilər. Sıxlığı da nəzərə alaraq, mütləq tibbi maskadan istifadə etmək və mümkün olduqda sosial məsafəni qorumaq lazımdır".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.


O bildirib ki, izdiham təkcə Bakıda deyil, bir çox iri Avropa şəhərlərində də müşahidə edilir: "Nəzərə almaq lazımdır ki, Bakı inkişaf etməkdə olan şəhərdir və elə pandemiyadan əvvəl də şəhərdə sıxlıq olurdu. Şəhərdə çoxlu ali təhsil müəssisəsi, nazirliklər, ictimai-siyasi mərkəzlər və s. çoxlu təsisatlar var. Belə olanda halda, sıxlıq qaçılmazdır. Amma bu o demək deyil ki, ictimai nəqliyyatda və ya ali təhsil müəssisələrində sıxlıq olacaq deyə universitetlər açılmamalı idi. Həyat dayana bilməz. Tarixdə koronavirus kimi epidemiya və pandemiyalar olub və şükürlər olsun ki, öhdəsindən gəlinib. Hər kəs məsuliyyətli olmalı və öz sağlamlıqlarını qorumalıdır. Ümid edirik ki, COVID-19 pandemiyasına da tez bir zamanda qalib gələ biləcəyik".


Nəzrin Cavid

Tarix: 30 Sentyabr 2021, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin