BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Azərbaycan Prezidenti bizim qazi Prezidentimizdir, qazi adını verməliyik"

“Azərbaycan Prezidenti bizim qazi Prezidentimizdir. O birbaşa həm informasiya savaşında, həm də döyüşdə birbaşa bu savaşın iştirakçısı oldu”.


Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, Mustafa Kamal Atatürkün adının qarşısına qazi adı onun qazandığı zəfərə görə verilmişdi: “Biz də Prezident İlham Əliyevin adının qarşısına qazi adını verməliyik”.

Tarix: 30 Sentyabr 2021, 12:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin