BURADA REKLAMINIZ OLA
BİLƏR

Ömər aşırımına İlham Əliyevin adı verilsin - Deputatdan TƏKLİF

“Adətən, çox böyük işlər görmüş insanlarla bağlı ya dünyasını dəyişəndə, ya da əldən düşəndə deyirlər ki, səndən sonra səndən ucalan ucalıqlar qalacaq”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Sahib Alıyev deyib.

Deputatın sözlərinə görə, bəzi yüksəkliklər var ki, 44 günlük savaşda şəhidlərin qanı bahasına azad olunub: “Bu yüksəkliklərin çoxu adsızdır. Bu yüksəkliklərə ad verilsin. Təklif edirəm ki, azad olunan ən hündür yüksəkliyə - Murovdağdakı Ömər aşırımına Prezident İlham Əliyevin adı verilsin”.

Tarix: 30 Sentyabr 2021, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin