BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda polisin öldürdüyü qadının görüntüləri - Hadisə yerindən ANBAAN VİDEO

Azərbaycanda polisin arvadını qətlə yetirdiyi bölmədən videogörüntülər yayılıb.

 

Pravda.az-ın məlumatına görə, görüntülərdə polis əməkdaşları qətlə yetirilən qadını Post Patrul Xidməti avtomobilinə qoyduqları əks olunub. 

 

Qeyd edək ki, bu gün səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.

 

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

 

 

Tarix: 30 Sentyabr 2021, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin