BURADA REKLAMINIZ OLA
BİLƏR

Müraciət üçün vaxt məhdudiyyəti olmayacaq - Gənclərə ŞAD XƏBƏR

“Artıq gənclər layihələrini ilin yalnız müəyyən dövründə deyil, ilboyu Gənclər Fonduna təqdim edə biləcəklər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

 

F.Cəfərov bildirib ki, Gənclər Fondunun Müşahidə Şurasının müvafiq tapşırığına uyğun olaraq 15 iş günü ərzində Gənclər Fondu gənclərlə aparacağı müzakirələr və sorğular əsasında mövzuları müəyyən edəcək və bununla bağlı da ictimaiyyətə məlumat veriləcək. Həmin müddətdən sonra artıq gənclər aktual və faydalı saydıqları layihələri Gənclər Fonduna təqdim edə biləcəklər: “Müşahidə Şurasının iclası çərçivəsində Naxçıvan Gənclər Fondunun son 2 illik fəaliyyətinin hesabatının dinlənilməsi və eyni zamanda bu il ərzində Naxçıvan Gənclər Fondunun fəaliyyət planının müzakirə olunması nəzərdə tutulub. Bu ilin fəaliyyət planına gəldikdə Gənclər Fondu əvvəlki illərdə olduğu kimi istər xaricdə, istər ölkə daxilində sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərin təhsilhaqqının qarşılanması ilə bağlı müsabiqələr keçirəcək. Qrand müsabiqələrə də davam ediləcək. Müşahidə Şurasının göstərişinə əsasən, məşğulluq və gənclərin sahibkarlığı sahəsində də xüsusi layihələrin həyata keçirilməsi nəzərdə tutulub”.

 

F.Cəfərov xatırladıb ki, ötən il ilk dəfə olaraq Gənclər Fondu xaricdə təhsillə bağlı proqrama uyğun olaraq müsabiqə elan etdi: “Müsabiqənin nəticəsində 47 gənc ABŞ və Avropa ölkələrindəki nüfuzlu ali təhsil müəssisələrində magistr pilləsi üzrə təhslinin maliyələşdirilməsi qərarı verildi. Bu il də bu proqram davam etdiriləcək. Yəqin ki, bu il də ən azı bu qədər gəncin xaricdə təhsil almasının maliyələşdirilməsi nəzərdə tutulacaq. Həmin müsabiqə üzrə elanın mart-aprel ayında verilməsi gözlənilir. Eyni dövrdə həm də ölkədaxilində təhsilin maliyələşdirilməsi üzrə də Gənclər Fondunun müvafiq müsabiqəsi var. Həmin müsabiqənin də mart-aprel aylarında elan olunması nəzərdə tutulub. Gənclərin yataqxana ilə təmin olunması məsələsinin də Fondun Müşahidə Şurasında müzakirəsi gözlənilir, ancaq indidən konkret nəsə demək çətindir".

Tarix: 6 Fevral 2020, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin