BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaş xəstəxanaya yerləşdirildi – Gürcüstanda koronavirus TƏHLÜKƏSİ

Çin vətəndaşı respirator xəstəlik simptomları ilə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

 

Pravda.az-ın xəbərinə görə, qadında yüksək temperatur, baş ağrısı, öskürək və ümumi halsızlıq qeydə alınıb.

 

Xəstəxanada pasiyentin vəziyyətini qənaətbəxş qiymətləndiriblər. Çinli qadında koronavirus infeskiyasının olması az ehtimal olunsa da, yekun nəticələr analizdən sonra məlum olacaq.

 

Çin vətəndaşının yanvarın 27-də Pekini tərk etdiyi, daha sonra Qazaxıstanda olduğu və Gürcüstana səfər etdiyi bildirilib.Report

Tarix: 6 Fevral 2020, 19:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin