BURADA REKLAMINIZ OLA
BİLƏR

BMT-nin Beynəlxalq Məhkəməsində Azərbaycanın iddiası əsasında dinləmələr olacaq

BMT-nin Beynəlxalq Məhkəməsində 18-19 oktyabr tarixlərində Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesləri üzrə dinləmələr keçiriləcək.

 

Pravda.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətinin məlumatında qeyd olunub.

 

Bildirilir ki, 18-19 oktyabr tarixlərində keçiriləcək dinləmələr Azərbaycan tərəfindən irəli sürülən müvəqqəti tədbirlərin tətbiqinin tələbi ilə bağlı olacaq.

 

Qeyd edək ki, sentyabrın 24-də Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq BMT-nin Beynəlxalq Məhkəməsində Ermənistana qarşı iddia qaldırıb. İddiada Ermənistana işğal müddətində davam edən və işğaldan sonrakı aylarda yaranmış irqi ayrı-seçkilik ittihamları yer alıb.

Tarix: 30 Sentyabr 2021, 22:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin