BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “Putinin Qarabağla əlaqədar “Türkiyə ilə birlikdə uğurla çalışırıq” deməsi diplomatik jestdir”

“Regionda yaranmış vəziyyət Azərbaycanın xeyrinə ola biləcək qələbəsi ilə nəticələnən finişindədir. Bu qələbə Ermənistanın da qələbəsi olacaq. Azərbaycan 3-cü dövlətin iştirakı və zəmanəti olmadan Ermənistanla sərhəd xəttini müəyyənləşdirsə,  Azərbaycan-Naxçıvan-Ermənistan-Türkiyə tranzit əlaqələrini yaradsa, bu müqavilərə ermənilərlə birlikdə imza atsa və uzun müddətli, bəlkədə həmişəlik reqionda əmin amanlığa nail olacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

 

R.Quliyev Putinlə Ərdoğanın bütün məsələlərin həll yollarını razılaşdırdığına və gələcəkdə heç bir problemin olmayacağına inandığını bildirib: “Suriya ilə əlaqədar müvəqqəti razılaşmalar var, amma məsələ sonadək həll olunmayıb. Rusiyanın Suriyadakı tərəfdarları Türkiyə üçün,Türkiyənin tərəfdarları isə Rusiya üçün hələ də terrorçu təşkilatlar olaraq qalır. Əfqanistanda isə Taliblərlə müzakirə etmədən nəyi müzakirə ediblər bilmirəm, çünki taliblərlə ilk öncə müzakirə etmək lazımdır. Hər iki ölkənin Azərbaycan və Ermənistanla əlaqədar mövqeyi tamamilə olmasa da, qismən yaxındır. Putinin Qarabağla əlaqədar “Türkiyə ilə birlikdə uğurla çalışırıq” deməsi diplomatik jestdir, əvəzində Türkiyəyə ona lazım olmayan milyard dollarlar qiyməti olan hava hucumundan müdafiə sistemini alır. Türkiyə bu sistemi hansı ölkənin hava hucumuna  qarşı istifadə edəcək, məlum deyil. Türkiyə üçün havadan hücum edə biləcək yeganə ölkə Rusiya özüdür. Azərbaycan Ərdoğanın dəstəyi ilə çox şeyə nail ola bilər”.

Tarix: 1 Oktyabr 2021, 07:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin