BURADA REKLAMINIZ OLA
BİLƏR

Anım yürüşündə verilən mesaj nə idi? - VİDEO

27 sentyabr - Anım Günü Vətən müharibəsi şəhidləri ilə bağlı yürüşün keçirilməsi və bu yürüşdə ölkə prezidentinin şəhidin şəkilini əlində daşıması bütün dünyaya bir mesaj idi. Bu yürüş bir daha ölkə başçısı səviyyəsində Azərbaycan xalqının öz şəhidinə ehtiramının nümunəsi idi. Çünkü Ermənistandan fərqli olaraq Azərbaycanda vətənə bağlılıq ən üst səviyyədədir. Müxtəlif formalarda öz şəhid və qazisini ən üst səviyyədə tutan Azərbaycan dövləti bu yürüşlə bir daha bunu əyani şəkildə bütün dünyaya göstərdi.

 

Pravda.az-ın məlumatına görə, müharibədən bir il keçməsinə baxmayaraq, hələ də Ermənistan rəsmiləri itkilərinin sayını dəqiq açıqlamayıb və müharibədəki itkilərlə bağlı erməni cəmiyyətini dəqiq məlumatlandırmayıb.

 

Hərbi ekspert Ruslan İmamquliyev hesab edir ki, bu məsələdə yanaşma Azərbaycanda tam əksinədir.

 

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirakı ilə Bakıda keçirilmiş və şəhidlərin xatirəsinə həsr edilmiş yürüşdə Vətən müharibəsində şəhid olan hərbçilərin və mülki şəxslərin fotolarının əks olunduğu lövhələr Azadlıq meydanından başlayaraq Hərbi Qənimətlər Parkına qədər daşınıb.

 

Tarix: 1 Oktyabr 2021, 07:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin