BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis arvadına 15 dəfə atəş açıbmış... - VİDEO

 Bakıda polis ondan şikayətçi olan həyat yoldaşını güllələyərək öldürüb.

Pravda.az-ın məlumatına görə, ağır cinayət səhər saatlarında paytaxtın Nizami rayonu, 24-cü polis şöbəsində baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəni törədən İsmayıl Məmmədov Nizami rayon Polis İdarəsinin Post-patrul xidmətinin əməkdaşı olub.

İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb.

Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı 2 azyaşlı uşağının gözü qarşısında güllələyib. Qadın hadisə yerində keçinib.

Mərhumun xalası Nəsibə Məmmədova iddia edir ki, İsmayıl həyat yoldaşını qısqandığından ailədə tez-tez söz-söhbət olurmuş.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin ''xüsusi amansızlıqla qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
 

Tarix: 1 Oktyabr 2021, 07:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin