BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Səfər efirə qayıdır

ATV-nin keçmiş xəbər aparıcısı Ceyhun Səfər efirə qayıdır.

Pravda.az xəbər verir ki, o, yeni mövsümdə “Space” TV-də aparıcılıq edəcək. Onun yer aldığı anons artıq televiziyanın efirində yayımlanır. C. Səfər, həmçinin “Azvirt” MMC-nin baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviridir. 

Bundan başqa, ATV-nin keçmiş aparıcısı Aysel Nazimqızı da sözügedən telekanalda çalışacaq. O, tamaşaçıların görüşünə “Aysellə ləziz macəra” verilişi ilə gələcək.

Həmçinin, “İş media”nın rəhbəri Fərid Rəsul müəllifi olduğu layihələrini “Space”ə transfer edib.

İTV-nin “Sabahın xeyir, Azərbaycan” proqramından tanınan aparıcı Nübar Əbil də öz iş yerindən ayrılıb və bu telekanalda çalışacaq.

Daha əvvəl isə sonuncu dəfə ATV ekranlarında görünən İlkin Həsəni, həmçinin aktyorlar Nicat Rəhimov və İlkin Misgərlinin də sözügedən telekanalda tamaşaçıları salamlayacağı bildirilmişdi. 

Tarix: 1 Oktyabr 2021, 10:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin